Azərbaycan Televiziyası: İlham Əliyev Ramiz Mehdiyevə dərs keçdi

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Televiziyası (AZTV) Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin ölkədə karantin rejimi tətbiq olunduğu bir vaxtda qızına toy etməsini tənqid edən video material yayımlayıb.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar.

Keçmiş deputat İlham Əliyev karantin qaydalarını pozduğuna görə həbs edilib

Bu günlərdə Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır. Karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev avqustun 22-də Abşeron Rayon Məhkəməsinə çağırılıblar. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılan məhkəmədə həmin şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilərək 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.

Beləliklə, hər bir şəxs mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

Keçmiş deputat karantin qaydalarını pozduğuna görə həbs edilib

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir