Azərbaycanlı taekvondoçu qadın İrana tarixi olimpiya medalı qazandırdı

2016-cı il Rio-de Janeyro XXXI Yay Olimpiya Oyunlarında milliyyətcə azərbaycanlı taekvondoçu Kimya Əlizadənin qazandığı bürünc medal İran İslam Respublikasının tarixi uğuru oldu. Bununla da 18 yaşlı idmançı ölkəsinin ilk qadın olimpiya medalçısı olub.

57 kq çəki dərəcəsində yarışan Əlizadənin bu uğuru İranda qızıl medalla bir tutulub. Sonda olimpiya çempionu üçün nəzərdə tutulan 10 min dollar mükafatın ona da veriləcəyi vəd olunub. İran prezidenti Həsən Ruhani qadın taekvondoçuya müraciətində onun bütün iranlılara, özəl olaraq, qadınlara xoşbəxtlik bəxş etdiyini bildirib. Ölkənin dini lideri Ayətullah Xamenei isə iranlı qadın idmançının “Xanımlar üçün şərəfli hicab geyimi”ni hamıya örnək göstərdiyini bildirib. Xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ansari isə bürünc medal qazanan başqa hicablı, misirli Hidayə Mələyi də təbrik edərək, onları müsəlman dəyərlərinə sayğı göstərən qadınların birlik və güc simvolu adlandırıb.

Qeyd edək ki, Kimya Əlizadə 10 iyul 1998-ci ildə İran İslam Respublikasının Karac şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası Təbriz yaxınlığındakı Zunuz əyalətindən, anası isə Ərdəbildəndir. Əlizadə daha öncə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və Dünya Çempionatında qızıl, böyüklər arasında Dünya Çempionatında isə günüş medal əldə edib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir