Azərbaycanın paytaxtı Bakı şəhərinin küçələrində Şahmat avtobusları

Sentyabrın 1-dən 14-dək Azərbaycanın paytaxtında keçiriləcək Bakı Şahmat Olimpiadasına hazırlıq işləri tam sürətilə davam etdirilir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC xəbər verir ki, Olimpiadanın Əməliyyat Komitəsi şahmatın yayılması yönümündə də önəmli toplantılar həyata keçirir. Belə addımlardan biri də, paytaxt küçələrində “şahmat” avtobuslarının fəaliyyətə başlamasıdır.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək “Şahmat” avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib. Sözügedən ikimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərəcək və şahmatın təbliğini həyata keçirəcək. Tura qoşulanların avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqqında məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb.

“Şahmat” avtobusunun təqdimat mərasimində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, yığma komandanın aparıcı üzvləri (eləcə də Şəhriyar Məmmədyarov), jurnalistlər və könüllülər iştirak ediblər. Avtobusa baxış keçirilib və millimizin üzvləri burada quraşdırılmış lövhələrdə şahmat oynayıblar.

Daha sonra “Şahmat” avtobusu ilk turuna başlayıb.

Qeyd edək ki, “Şahmat” avtobusları sentyabrın 14-ə qədər fəaliyyət göstərəcək.


Paytaxt Bakının küçələrində “Şahmat” avtobusları

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir