Azərbaycan Olimpiya Yığması London2012-dəki rekordunu təkrarlayaraq, Rio2016 XXXI Yay Olimpiya Oyunlarında 10 medal qazana bilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi xəbərə görə, bu, kayakçı Valentin Demyanenkonun “Rio-2016” Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə gümüş medal qazanması ilə reallaşıb.

Nəticədə Azərbaycan Braziliyadakı yarışda İngiltərə paytaxtında olduğu kimi, artıq 10 medal sayına malikdir. Bu isə olimpiadalar tarixində Azərbaycanın ən yüksək göstəricisidir.

Rio 2016-da medal qazananlar cüdoda Rüstəm Orucovla (73 kq, gümüş) Elmar Qasımov (100 kq, gümüş), güləşdə – yunan-Roma növündə Rəsul Çunayevlə (66 kq, bürünc), Sabah Şəriəti (130 kq, bürünc) və sərbəst güləşdə Mariya Stadniklə (48 kq, gümüş), kayakda İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə, bürünc), taekvondoçu Patimat Abakarova (49 kq, bürünc) olub. Boksçular Kamran Şahsuvarlı ilə Lorenzo Sotomayor yarımfinala çıxmaqla ən azı bürünc medalı özlərinə təmin ediblər. Sadəcə, onların medallarının əyarı yarışın sonunda bilinəcək və onda ölkəmizin aktivinə medallar yazılacaq.

London-2012 ilə qarşılaşdırdıqda başlıca fərq qızıl medalın olmamasıdır. Azərbaycan həmin olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc medal qazanmışdı. Bu dəfə isə aktivə yazılan 8 medaldan yarısı gümüş, yarısı bürüncdür. Düzdür, onu da nəzərə alaq ki, 4 il öncəki olimpiadada da sona az qalmış çempionumuz yox idi və bir gündə ikisi birdən oldu. Onlar sərbəst güləşçilərimiz Toğrul Əsgərovla Şərif Şərifovdur ki, Ri0 2016-da hələlik mübarizəyə başlamayıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın