Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasında II dövrənin daha bir oyununa çıxıb. Reportun məlumatına görə, Fransanın Renn şəhərində təşkil olunan bu dövrənin ikinci turunda rəqib İspaniya yığması olub.

Görüş ilk dövrədə olduğu kimi, Faiq Qarayevin baş məşqçi olduğu komandanın xeyrinə başa çatıb – 3:1 (25:14, 25:19, 14:25, 25:17). Oyundan sonra Azərbaycan millisinin kapitanı Odina Babayeva deyib: “Hər bir oyunun eyni dərəcədə önəmli olduğu üçün biz bu qələbəyə də sevinirik. Biz üçüncü setdə tempi itirdik və mən bundan sonra komandanın yenidən qruplaşa bilməsindən çox razı qaldım. Biz öz oyunumuza dönə bildik və qarşılaşmanı qazandıq”.

Bu, Azərbaycan millisinin ardıcıl 5-ci qələbəsi olub. Hələ ötən gün yığmamız Monteneqro üzərində 3:0 hesablı qələbə sayəsində qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edib. İyunun 12-də son görüşündə Fransa üzərində də qələbə qazanacağı təqdirdə, F.Qarayevin komandası “B” qrupunu maksimum nəticə ilə tamamlayacaq.

Qeyd edək ki, final mərhələsi çərçivəsində ilk yarımfinal oyunları iyunun 23-də, təkrar qarşılaşmalar isə iyunun 26-da olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın