Azərbaycan Vergilər Nazirliyi şou-biznes nümayəndələrini borclu çıxartdı

Azərbaycan Vergilər Nazirliyi növbəti dəfə vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb. Vergi borcu olan ulduzların siyahısı ilə VN-nin saytından tanış ola bilərsiniz. Lakin şou-biznes nümayəndələri nazirliyin yaydığı siyahı ilə razı deyil. Xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Elza Seyidcahan ANS PRESS-ə deyib ki, borcları ödəmək fikirləri yoxdur.

“Dövlət işində işlədiyim üçün hər ay maaşımdan vergi tutulur. Əlavə olaraq, hərdən toylara gedəndə vergi ödəyirəm. 2008-ci ildən 2011-ə qədər vergi ödəmişəm. Daha sonra, sahibkar olmayandan dayandırmışdım. Yenidən belə qərar çıxandan sonra oktyabr ayından VÖEN açdırmışam və qanunu şəkildə vergi ödəyirəm. Birdən-birə mənə bildiriş gəlir ki, sizin 5 min 200 AZN vergiyə borcunuz var”.

Müğənni Gülyanaq Məmmədova deyib ki, borcunu nə üçün yazdıqlarını izah etməyiblər. “Mən soruşanda ki bu borc hardan çıxdı mənə cavab verirlər ki, “hesablayıb elə yazmışıq”. Mən onu necə ödəyim? Mən 3 körpəmim ehtiyaclarını ödəmək üçün toylara gedirəm, ərimin də şirkəti yoxdur, maaşa işləyən adamdır. Ehtiyacım olmasa, heç toylara getmərəm, özümü ucuzlaşdırmaram. Heç olmasa, əlçatmaz olaram”.

Xalq artisti deyir ki, əgər vergi borcunu ödəməsə, onu həbs edə bilərlər və ya ölkədən çıxışı qadağan oluna bilər.

Əməkdar artist Elza Seyidcahan isə deyir ki, adı siyahıya ola bilsin səhvən düşüb. Çünki vergi borclarını vaxtında ödəyir. “Nazirlikdə elə bilirlər ki, biz hara gediriksə, orada da pul qazanırıq. Mən əgər pul qazanmıramsa, mən necə vergi ödəyə bilərəm. Getdiyim yerdən qanorar alım ki, vergi borcu ödəyim. Biz hətta toya gedəndə pul yazdırırıq. Hazırda araşdıracağıq, əgər toya gedib qanorar almışamsa, o zaman vergi ödəyəcəm”.

Vergilər Nazirliyinin saytında borclu olan 50 müğənnilərin cədvəli yerləşdirilib. Siyahıya Brilliant Dadaşova, Emil Bədəlov, Mətanət İsgəndərli, Elza Seyidcahan, Gülyanaq Məmmədova, Rəqsanə kimi tanınmışları adları da yer alıb. Lakin onların borcunun məbləği açıqlanmayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Azərbaycan Vergilər Nazirliyi şou-biznes nümayəndələrini borclu çıxartdı” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir