Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub. YALAN.info-nun verdiyi məlumata görə, finalda ötən mövsüm olduğu kimi, Ağdamın Qarabağ və Bakının Neftçi komandaları qarşılaşacaq.

İlk finalçı Qəbələdə müəyyənləşib. Əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan oyunun penaltilər seriyasında Qəbələni 3-4 hesabı ilə üstələyən Neftçi PFK adını final mərhələsinə yazdırıb.


Azərbaycan Kuboku, 1/2 final, cavab oyunu, Qəbələ 1-1 Neftçi (pen. 3-4)

Artıq Premyer Liqada çempionluğu rəsmiləşdirmiş Qarabağ FK isə ilk oyunda olduğu kimi cavab qarşılaşmasında da İnteri məğlub edərək (4:0, 1:0) finala adlayıb.


Azərbaycan Kuboku, 1/2 final, cavab oyunu, Qarabağ 1-0 İnter

2015/2016 mövsümü Azərbaycan Kubokunun final oyunu mayın 25-də baş tutacaq.

Keçən sezon da Azərbaycan Kubokunun finalında atlıların komandası paytaxt klubu ilə qarşılaşmışdı. Həmin görüşdə Ağdamın Qarabağ komandası Neftçi Peşəkar Futbol Klubunu 3-1 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın