Azərbaycan cüdoçuları Kazanda AÇ-nın bürünc medallarını qazandı

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında bürünc medal qazandılar.

YALAN.info-nun verdiyi xəbərə görə, Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan milli komandası üçün uğurlu olub.

Cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib. Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar. Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.

Avropa çempionatının komanda yarışlarında bürünc medal uğrunda Fransa millisi ilə qarşılaşma

Cüdoçularımızı Vətəndə coşquyla qarşıladılar

Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız dünən səhər sübh tezdən saat 04:00-da Vətənə dönüblər. Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş idmançılarımızı böyük coşqu ilə qarşılayıblar. Cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib.

Qeyd edək ki, Kazanda təşkil olunan Avropa çempionatında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) isə gümüş medal qazanıb. Komanda yarışlarında isə cüdoçularımız tarixdə ilk dəfə bürünc medala sahib olublar.

Azərbaycan cüdoçuları Avropa çempionatının komanda yarışlarında bürünc medal qazandılar

Azərbaycan Cüdoçularına Avropa çempionatının bürünc medalları təqdim olundu

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir