Azərbaycanlı gənc qız Nahidə Babaşlı bir gün içində YouTube sosial şəbəkəsinin ulduzuna çevrilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı bir gün içində sosial şəbəkələrdə ulduza çevrilib. Onu göy üzünə qaldıran türk müğənni Murad Göyəbaxanın (Murat Gögebakan) repertuarından olan “Ay üzlüm” (Ay yüzlüm) mahnısını gözəl oxuması olub.

Babaşlı YouTube-da öz ifasının videoçarxını yerləşdirib. Səkkiz gün boyunca onun ifasını 2 milyon 2 yüz min dəfədən çox izlənilib. Dinləyicilər onun səsi, oxuması və özüylə bağlı gözəl sözlər yağdırıblar. Babaşlının bu oxuması Türkiyə KİV-lərində də yüksək dəyərləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət sözlər işlədiblər.

Babaşlı tələbədir, təhsil almaqla yanaşı gitara da çalır və oxuyur. O, Azərbaycanı beynəlxalq musiqi müsabiqələrində təmsil etməyi arzulayır. Babaşlı indi öz üzərində daha çox işləyir və “O səs Türkiyə” layihəsinin kastinqlərinə qаtılmağı planlaşdırır. Gənc müğənni müxtəlif janrlarda və dillərdə oxuyur. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.

Nahidə Babaşli – Ay yüzlüm 25 Nisan 2018

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın