“Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər yalan xəbərlər yayıb, ajiotaj yaratmağa çalışan 10 nəfər inzibati həbs edilib:

“Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq olunub”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın