Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası anlaşmaya görə Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana gətirilməsi plana uyğun davam edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin YALAN.info Online Xəbərlər və İnformasiya Saytına bildirdiyinə görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilərlə Rusiyadan Bakı limanına çatdırılan çox sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi bölmələrin sərəncamına veriləcək.

Onu da vurğulayaq ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid bacarığı olan, silahlanmaya salınan bu tip döyüş texnikası 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin çox sayda canlı qüvvəsi, texnikası və başqa vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini sərgiləyirdi.

Azərbaycana yeni partiya müasir hərbi texnika gətirilib – 19.01.2018

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın