Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi yerinə yetirilib.

Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi, həmçinin strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün başqa elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq sərgiləyərək qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər.

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub

“TurAz Qartalı – 2020” təlimlərinə döyüş helikopterləri də qoşulub

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

“TurAz Qartalı – 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini yerinə yetiriblər

Hərbi əməkdaşlıqla bağlı anlaşmaya uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsində təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də başqa təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın