Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ilk Texnologiyalar Parkında “Georgian-Azerbaijan StartUp Forum”u keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə, toplantıda Yüksək Texnologiyalar Parkının nümayəndələri və Azərbaycanlı startapçılar iştirak edir.

Forum çərçivəsində Gürcüstan və Azərbaycan arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər geniş müzakirə olunub. Eyni zamanda startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı düşüncə mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.

Nazirliyin dəstəyilə toplantıda Azərbaycan startapçıları aşağıdakı layihələri təqdim edib:

  • “Omarov’s Game Studio” layihənin nümayəndələri Bakir Omarov və Mia Əliyeva
  • “Spinal” – Arif Mövsümzadə
  • “BuilDay” – Sadıx Hüseynov
  • “Healthy Living Support Platform” – Şahlar Paşayev
  • “VeloKuryer” – Tofiq Hidayətzadə
  • “MyExcelWorld” – Aydın Əliyev
  • “Trainer for Accountants” – Elnur Osmanov
  • “My Baku Guide” – Murad Axundov
  • “İRS Cizgi” – Anar Əkbərli

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın