Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki bankın lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.

Gün.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.

“NBCBank” ASC və “Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Siğortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl “Bank of Azerbaijan” və “Gəncəbank”ın lisenziyası ləğv edilib.

2 bank: “AGBank” ASC və “DəmirBank” ASC birləşəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov “AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunacağını bildirib.

Sədr qeyd edib ki, artıq hər iki bank arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb: “Bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biridir”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın