Azərbaycanlı Taekvondoçu Radik İsayev İkiqat Avropa Çempionu Oldu

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi Radik İsayev ilə növbəti medalını qazanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərini üstələyərək, qızıl medala sahib olub. Kazandakı Avropa çempionatında daha öncə Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Radik Isaev vs Roman Kuznetsov Gold medal Male 87 Kg Taekwondo WTE European Championships Kazan 2018

Bununla da 28 yaşlı idmançımız karyerasında ikinci dəfə Avropa çempionu olub.

Yada salaq ki, İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş Avropa çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir