Azərbaycanlı müğənnilərin YouTube video hostinqində yerləşdirilmiş videolarından bəziləri rekord izləmə sayı toplaya bilir. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Oxu.az-ın hazırladığı ən çox izlənilən Top15 reytinq siyahısını diqqətinizə çatdırır.

15-ci pillədə “Düşün məni” mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadəvar. O, 9 milyon 800 mindən çox baxış sayı toplayıb.

Elvin Mirzezade – Dushun Meni | Yeni 2017

14-cü yer sosial mediada “tufan qoparan” Damlanındır. Azərbaycan dilində heç bir mənası olmayan “Bilirmisən” sözü ilə adlandırılan klipinin izlənmə sayı 9,9 milyondur.

Damla – Bilirmisen 2017 (Produced by Talıb Tale) Klip – Clip

“Gecə-gecə” mahnısı Asif Məhərrəmovun təqdimatı ilə “Youtube”da 10,9 milyon baxış sayını ötüb. O, 13-cü pillədə qərarlaşıb.

Asif Meherremov – Gece Gece (Prod by FARID AQA)

“Cover” mahnılarla məşhurlaşan Nigar Muharremin türkiyəli DJ Alper Eğrinin remiks versiyasını hazırladığı “Galiba” adlı ifası 11,9 milyonla 12-ci yerdədir.

https://www.youtube.com/watch?v=BqeoPMLJhIQ

Nigar Muharrem – Galiba (Alper Eğri Remix) #sagopakajmercover

1-ci yer isə Şəbnəm Tovuzlu və Talıb Talenindir. Bir il boyunca “Narın narın” baxış sayı toplayan klipi izləyənlərin sayı 12 milyona çatıb.

TALIB TALE feat ŞƏBNƏM – NARIN NARIN (video 2016-hit)

“Top 10”luğa baxanda bizi ilk qarşılayan iki müğənni olur. “Səndən birdənədir” deyib 2016-cı ilin yayında hit olan Miri Yusif və Röyanın mahnısı 13 milyon 700 mindən çox insanın gözlərini özünə çəkib.

Miri Yusif və Röya – #Səndən1Dənədir

Doqquzuncu yerdə qarşımıza yenidən Şəbnəm Tovuzlu çıxır. Onun Türkiyədə də məşhurlaşan “Qadasın alaram” mahnısı nə az, nə çox, 14 milyona yaxın görüntülənib.

Sebnem Tovuzlu – Qadasın Alaram HD

Bir ilə 15,5 milyondan çox baxış sayı ilə öz rekordunu vuran Zamiq siyahımızın səkkizinci qatındadır. Onun “Kaman” adlı “cover” ifası mərhum İlhamə Quliyevanın ən çox dinlənilən mahnısı ünvanını qazanıb.

Zamiq Hüseynov – Kaman (2017)

Yeddinci yerdə bizi yenə də Nigar Muharrem salamlayır. İllər sonra Röya və Tunarın ifasını “cover”layan Nigarın “Həsrət nəğməsi” 16 milyon 300 minə yaxın baxış sayı yığıb.

Hesret negmesi (cover) – Nigar Muharrem

“Əlvida, keçmişim” mahnısı ilə altıncı yeri Üzeyir Mehdizadə tutub. Onun mahnısının baxış sayı isə 16,6 milyondur.

Uzeyir Mehdizade – Elvida Kecmisim (Yep Yeni Albom 2015)

Qızıl beşliyin açılışını Əməkdar artist edir. Röya Ayxanın 2015-ci ildə çıxardığı “Kesin bilgi” adlı klipi “Youtube”da 18 milyon 400 min nəfərin izlənmə hədəfi olub.

Röya ft Ozan Çolakoğlu – Kesin Bilgi

Talıb Tale “Bilirsən ki” adlı mahnı ilə dördüncü yerdədir. Klip üç ilə 19,8 milyona yaxın baxış sayı toplayıb.

Talib Tale – Bilirsenki Remix (Official Klip)

Siyahıda üçüncü dəfə yer alan Nigar Muharrem “Omuzumda ağlayan bir sen” adlı “cover” mahnı ilə üçüncüdür. Hansı ki, bu mahnıya görə Kıraç onu məhkəməyə verib və təzminat istəyir. Mahnının bir neçə aydır “Youtube”da yayımı dayandırılsa da, o, 23,8 milyon dəfə görüntülənməyi bacarıb.

İkinci yerdə “Always” mahnısı ilə Aysel Teymurzadə və Araş qərarlaşıb. Onlar doqquz il ərzində 30 milyon 700 min dəfədən çox görüntülənib.

AySel & Arash – Always (Azerbaijan)

Və sonunda, zirvədə bütün zamanların ən çox dinlənilən azərbaycanlı müğənnisi Üzeyir Mehdizadə öz yerini tutur. Müğənninin “Yaxşı olar” adlı mahnısı 50,5 milyon baxış sayı ilə rekord qırıb.

Üzeyir Mehdizade – Yaxsi Olar (Original Mix)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın