Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədli və Qədir Hüseynovdan ibarət Azərbaycan Milli Komandası Yunanıstanda tarix yazmağa çox yaxındır. Azərbaycanın kişi qrossmeysterləri Rusiya yığma komandası üzərində 3-1 hesablı qələbədən sonra Şahmat üzrə Avropa Çempionatı 2017-də turnir cədvəlində ilk sıraya yüksəlib.

YALAN.info Online və Xəbərlər Saytı bildirir ki, bu gün baş tutmuş çempionatın VIII turunda Azərbaycan şahmatçıları turnir cədvəlinin birinci pilləsində qərarlaşan və reytinq favoriti olan Rusiya millisi ilə qarşılaşıb.

Görüşün birinci taxtasında Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr Qrişuku, ikinci taxtada isə Teymur Rəcəbov ağ fiqurlarla Yan Nepomnyaşnını 1-0 hesabı ilə udub. Üçüncü taxtada Arkadi Naydiç Maksim Matlakovla qarşılaşıb. Görüş rusiyalı şahmatçının qələbəsi ilə bitib.

Beləliklə, Azərbaycan sonuncu – dördüncü taxtada Rauf Məmmədlinin Danil Dubov üzrərində qələbəsindən sonra Rusiya yığmasını məğlub edib və xallarının sayını 13-ə çatdıraraq, liderliyə yüksəlib. Rusiya isə 11 xalla ikinci pilləyə düşüb.

Şahmat üzrə Milli Komandalar arası Avropa Çempionatı 2017 – 8-cı tur: Rusiya – Azərbaycan

Taxta   1 Rusiya Reytinq 2 Azərbaycan Reytinq  1-3
1/1 GM Aleksandr Qruşuk 2785 0 GM Şəhriyar Məmmədyarov 2791 1
1/2 GM Yan Nepomniatçi 2733 0 GM Teymur Rəcəbov 2741 1
1/3 GM Maksim Matlakov 2730 1 GM Arkadi Naydiç 2702 0
1/4 GM Daniil Dubov 2677 0 GM Rauf Məmmədli 2678 1

Turnir Cədvəli

Yer SN FED Komanda Oyun   +   =   –  TB1  TB2  TB3  TB4  TB5
1 2 AZE   Azərbaycan 8 6 1 1 13 172,5 23,0 130,0 107,00
2 1 RUS Rusiya 8 6 0 2 12 167,0 19,0 146,5 104,50
3 3 UKR Ukrayna 8 6 0 2 12 155,0 21,0 130,5 95,00
4 9 GER Almaniya 8 4 3 1 11 165,0 20,0 131,0 89,50
5 18 TUR Türkiyə 8 5 1 2 11 134,0 18,0 134,5 91,50
6 14 CRO Xorvatiya 8 5 1 2 11 130,0 16,0 142,0 95,50
7 7 HUN Macarıstan 8 4 2 2 10 170,5 19,0 145,5 84,25
8 15 ESP İspaniya 8 3 4 1 10 135,5 18,0 144,0 87,50
9 5 ISR İsrail 8 4 2 2 10 128,5 17,5 134,5 81,75
10 4 ENG İngiltərə 8 3 4 1 10 128,5 17,5 131,0 81,50
11 20 ROU Romıniya 8 4 2 2 10 123,5 18,0 139,0 82,00
12 8 POL Polşa 8 3 3 2 9 149,0 17,5 140,5 77,75
13 6 ARM Ermənistan 8 3 3 2 9 142,5 17,0 148,0 78,75
14 10 NED Hollandiya 8 4 1 3 9 142,0 17,5 140,5 78,00
15 16 BLR Belarus 8 4 1 3 9 137,5 18,5 132,0 69,25
16 12 FRA Fransa 8 4 1 3 9 131,5 17,5 137,0 73,50
17 21 SLO Sloveniya 8 4 1 3 9 115,0 18,0 127,0 63,00
18 22 ITA İtaliya 8 3 2 3 8 128,5 14,0 148,0 73,50
19 19 GRE Yunanıstan 1 8 4 0 4 8 123,5 18,5 119,0 48,50
20 11 CZE Çexiya 8 3 2 3 8 115,0 16,5 137,5 61,75
21 17 SRB Serbiya 8 3 2 3 8 110,5 18,5 120,0 54,00
22 29 GRE Yunanıstan 2 8 2 4 2 8 107,0 15,5 126,5 59,25
23 28 SVK Slovakiya 8 2 4 2 8 96,5 15,5 123,5 57,50
24 26 SUI İsveçrə 8 3 2 3 8 89,5 16,5 114,0 52,00
25 13 GEO Gürcüstan 8 3 1 4 7 113,5 16,5 131,0 52,00
26 25 NOR Norveç 8 3 1 4 7 99,5 15,5 121,5 51,25
27 32 FIN Finlandiya 8 3 1 4 7 85,5 12,5 133,0 56,25
28 23 AUT Avstriya 8 3 1 4 7 70,5 13,0 136,5 47,75
29 39 GRE Yunanıstan – Kret 8 2 3 3 7 56,5 12,5 113,5 44,00
30 24 MDA Moldova 8 2 2 4 6 89,5 13,5 130,0 44,00
31 31 DEN Danimarka 8 3 0 5 6 87,5 15,0 117,5 36,50
32 27 ISL İslandiya 8 3 0 5 6 84,0 14,0 127,0 40,50
33 33 MKD Makedoniya 8 2 2 4 6 75,0 15,0 108,0 40,00
34 34 POR Portuqaliya 8 3 0 5 6 72,5 13,5 116,0 34,50
35 35 FAI Farer Adaları 8 2 2 4 6 68,5 14,5 107,5 34,00
36 30 MNE Çernoqoriya 8 2 1 5 5 54,5 12,5 116,0 26,25
37 40 SCO Sotlandiya 8 2 1 5 5 48,0 10,5 115,5 32,25
38 37 ALB Albaniya 8 2 0 6 4 54,5 12,0 110,0 20,50
39 36 BEL Belçika 8 1 1 6 3 59,0 11,5 110,0 18,25
40 38 KOS Kosovo* 8 1 0 7 2 43,5 10,0 105,0 11,50

Yada salaq ki, şahmat üzrə Azərbaycan milli komandası Avropa Çempionatı 2017-yə İtaliyaya sensassiyalı uduzmaqla başlayıb. Daha sonra özünü toparlamağı bacaran millimiz çempionatın 6-cı turunda Ermənistan, 7-ci turda isə 1-ci yerdə qərarlaşmış Macarıstan üzərində parlaq qələbə qazanıb.

Azərbaycan millisinə qələbə xalını qazandırmış Rauf Məmmədli
Azərbaycan millisinə qələbə xalını qazandırmış Rauf Məmmədli
Şahmat üzrə Rusiya Milli Komandası
Şahmat üzrə Rusiya Milli Komandası
Azərbaycan Millisinin Lideri - Şəhriyar Məmmədyarov
Azərbaycan Millisinin Lideri – Şəhriyar Məmmədyarov
Azərbaycan Şahmatçısı - Teymur Rəcəbov
Azərbaycan Şahmatçısı – Teymur Rəcəbov
Şəhriyar Məmmədyarov qara fiqurlarla qalib gəldi
Şəhriyar Məmmədyarov qara fiqurlarla qalib gəldi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın