Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda keçirilən qadın voleybolçular arasında Avropa Çempionatının finalı çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşü baş tutub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununu meydançadan izləyib.

Bu oyunun sonunda “A” qrupundan dörddəbir finala birbaşa yüksələn komanda bilinib. Beləki, Azərbaycan millisi xallarının sayını 9-a çatdıraraq qrup lideri kimi dörddəbir final mərhələsinə birbaşa vəsiqə qazanıb. Daha öncə bu hüquqa Rusiya, İtaliya və Serbiya yiyələnib.

Almaniya isə 4 xalla üçüncü yeri tutaraq pley-offda mübarizə aparacaq.

https://www.youtube.com/watch?v=DWRlIO5Gx_4

[HD] Azerbaijan vs Germany | 25-09-2017 | Volleyball European Championship Women 2017

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın