Azərbaycandan Avstraliyaya Nota: Səfir XİN-ə Çağırıldı

Xarici İşlər Nazirliyi (XİN) Avstraliyanın bir sıra rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsi ilə bağlı olaya qarşılıq verib. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı XİN-in mətbuat katibi Leyla Abdullayeva KİV-in suallarını cavablandırıb:

“Məlumat verdiyimiz kimi, son günlərdə Avstraliyanın erməni diaspor qurumlarının ölkəmizin işğal edilmiş torpaqlarındakı separatçı rejimi təşviq edən çalışmaları, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Xarici İşlər Nazirliyi ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb. Belə ki, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası verilib.

Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Naziliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və torpaqlarının bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib.

Əlavə olaraq, xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyalı həmkarı Maris Peynə rəsmi məktub ünvanlayıb. Məktubunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinə, o cümlədən BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsi və beynəlxalq qurumların çoxsaylı başqa qərar və qətnamələrə istinad edən nazir Elmar Məmmədyarov, Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın hərbi işğal altında olan torpaqlarındakı qanunsuz rejimin təşviqinə qulluq edən addımlarının Avstraliya Federal Hökumətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb və qanunsuz separatçı rejimlərə münasibətdə tanınmış beynəlxalq təcrübəyə uyğun olmayan bu kimi addımların beynəlxalq hüququn norma və prinsiplərinə sayğısızlıq olduğunu həmkarının diqqətinə çatdırıb”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir