Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu bölgələr açıqlandı

KoronaVirusInfo.az saytı Azərbaycan Respublikasında bölgələr üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktının ən çox olduğu bölgələrlə bağlı bilgilər paylaşıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, KoronaVirusInfo.az saytında yerləşdirilmiş statistik göstəricilərə görə, COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.  Belə ki, koronavirus testi müsbət olan şəxslərin 52 faizi paytaxtda yaşayır.

Yoluxanların Abşeron rayonunun payına düşən hissəsi 15,3 faizdir. Eyni zamanda, koronavirusa yoluxanların 10,3 faizi Gəncə-Qazax bölgəsində, 8,1 faizi Aran zonasında, 6,4 faizi Lənkəran rayonunda, 1,7 faizi Quba-Xaçmaz zonasında, 1,5 faizi Şəki-Zaqatala, 1,2 Yuxarı Qarabağ bölgəsi, 1,5 faizi Dağlı Şirvan zonası və 0,03 faizi Naxçıvanda yaşayanlardır.

Paytaxt Bakı şəhəri üzrə ən çox yoluxma olan rayonlar

Bakı şəhərinin rayonları üzrə də koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,3 faizi bu rayonda yaşayır.

Yoluxanların Yasamal və Xətai rayonlarının payına düşən hissəsi hər birində 12,2 faiz təşkil edir.

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 11,7 faizi Sabunçu rayonunda, 10,9 faizi Nəsimi rayonunda, 9,2 faizi Suraxanı rayonunda, 8,8 faizi Nərimanov rayonunda, 7,9 faizi Nizami rayonunda, 6,0 faizi Qaradağ rayonunda, 4,3 faizi Xəzər rayonunda, 4,2 faizi Səbail rayonunda, 0,3 faizi isə Pirallahı rayonunda yaşayanlardır.

Qeyd edək ki, Səbail rayonunda yoluxanların sayı ötən dövrlə nisbətdə artıb.

Maraqlıdır ki, koronavirusa yoluxanların 1,9 faizini ölkə xaricindən gələnlər təşkil edir.

İndiyədək ölkədə toplam 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfəri müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir