Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 28 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1508 nəfər müalicə olunaraq sağalmış, 26 nəfər vəfat etmiş, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin durumu ağır, 27 nəfərin durumu orta ağır dəyərləndirilir, qalanların səhhəti stabildir.

Ötən müddət boyunca yeni yoluxma hallarının tapılması ilə bağlı 164.481 test aparılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Gəncə zonasında koronavirusa yoluxma sürətlə artıb:

“Orada karantin rejiminə lazımi qədər riayət olunmadığı üçün yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur. Bir vətəndaş ailə üzvlərini də xəstəliyə yoluxdurur.

Digər tərəfdən, tibb işçiləri arasında da koronavirusa yoluxma halı müşahidə olunur. Gəncədə belə hal müşahidə olunmuşdu”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın