Azərbaycanda Ən Çox Satılan Kitabların Siyahısı

Kitab alışı istənilən digər şopinqdən daha maraqlıdır. Alman filosofu Artur Şopenhauerin dediyi kimi, “Kitab alışı yaxşı ideya olardı, əgər onları oxumaq üçün vaxtı da almaq olsaydı”.

Təəssüf ki, Azərbaycanda kitaba kütləvi tələbat yoxdur. Ancaq ölkəmizdə oxuma, əvvəlki kimi aktuallığını itirmir.

Azərbaycan Müjdələri bildiriri ki, Oxu.Az Azərbaycanın aparıcı kitab şəbəkələrinin nümayəndələri ilə söhbət edərək ən çox satılan kitabların siyahısını müəyyənləşdirib.

“Əli və Nino” kitab mağazalarının və nəşriyyatlar şəbəkəsinin baş direktoru, sahibi Nigar Köçərli həm Azərbaycan, həm də rus dilində ən çox satılan israilli Yuval Noa Hararinin müəllifi olduğu “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabını “bestseller” adlandırıb.

Kitabda insanın dünyanı necə fəth etdiyini izah edən Harari “Homo deus”da “Sabah başımıza nə gələcək?” sualına cavab verməyə çalışır. XX əsrin ikinci yarısında bəşəriyyət yeni inkişaf modelinə keçəcək. Sosial münasibət və dəyərlərin digər formaları meydana gələcək. Harari gələcəkdə insanların sağlamlıq, xoşbəxtlik və ölməzlik qazanacağına əmindir.

Orqanizm alqoritmlərdən ibarətdir. Buna görə də Homo sapiens yerini Homo deusa verəcək. İnsanı müqəddəsləşdirən Humanizm məlumat selini mühüm sayan Dataizmlə əvəz olunacaq. Cəmiyyəti formalaşdıran prinsiplər XXI əsrdə kökündən dəyişəcək, bu isə həyatımıza mütləq öz təsirini göstərəcək. İndiyə qədər bəşəriyyət aclıq, epidemiya və müharibələrlə mübarizə aparırdı, bundan sonra xoşbəxtlik, ölməzlik və ilahi güc qazanmağa çalışacaq. Bütün bunları əldə edə bilsək, dünyamız necə olacaq?

Köçərlinin sözlərinə görə, ədəbi karyerasında qeyri-adi uğur qazanan fransız yazıçı Mark Levinin kitablarına da üstünlük verilir.

Levinin romanları milyonlarla tirajla satılır. Müəllif özü dediyi ki, “Mən yazıçı deyiləm, dastançıyam, tarixi danışanam”. O yazmır, o göstərir, oxucu isə romanın qəhrəmanlarını və hadisələrini çox aydın şəkildə təsəvvür edir.

Yerli müəlliflər arasında isə siyasi, klassik və psixoloji detektivlər, casus və cinayət romanları janrlarında yazan dünya şöhrətli sovet və azərbaycan yazıçısı Çingiz Abdullayevin kitabları çox populyardır.

Bu günə qədər Abdullayev dünyanın bir çox yerlərində əsərlər çap etdirərək, məhsuldar bir yazıçıya çevrilib: MDB ölkələrində, Baltikyanı, ABŞ-da, Fransada, Norveçdə, Türkiyədə, İsraildə, Bolqarıstanda və Rumıniyada. “Dronqo” silsiləsi özündə 100-dən çox kitabı birləşdirir.

“3 Alma TEAS Press” uşaq ədəbiyyatı şöbəsinin redaktoru Fatimə Hüseynova isə ölkədə ən çox satılan kitabların adlarını açıqlayıb:

Nəşriyyatda satışa görə birinci yeri azərbaycanlı uşaq yazıçısı Reyhan Hüseynovanın əsəri olan “Dostum Mimi” kitabı tutur.

“Bu kitab özündə müasir dövrü əks etdirir, kitabda süni intellekt barədə danışıldığı üçün gənclərdə maraq doğurur”, – deyə F.Hüseynova bildirib.

Kitabda ikinci sinifdə oxuyan və başqa uşaqlardan fərqlənməyən Aylin adlı qızdan söhbət gedir. Günlərin birində o, qoca professorun evində yaşayan Mimi adlı qeyri-adi siçanla dostlaşır. Elə həmin gündən Aylin üçün hər şey dəyişir. Niyə? Nələr olduğunu bilmək istəyirsənsə, “Dostum Mimi” kitabını əlinə al. Çəhrayı siçanın başına gələnlər o qədər maraqlıdır ki, onun haqqında kitabı yerə qoymaq istəməyəcəksən.

Qeyd etmək lazımdır ki, müəllif özü əsərini dünyaca məşhur azərbaycanlı alim Lüfti Zadəyə həsr edib.

Müsahibimiz amerikalı yazıçı Rakel Palasionun “Möcüzə” kitabını da qeyd edib. Əsər orta məktəb şagirdləri üçün nəzərdə tutulub.

Bu kitabda Avqust Pullman adlı 5-ci sinif şagirdindən söhbət gedir. Bir tərəfdən, o, digər uşaqlar kimi dostları ilə ad günlərinə getməyi, kompüter oyunlarını oynamağı, iti ilə əylənməyi, böyük bacısı ilə dalaşıb-barışmağı sevir. Digər tərəfdən isə, o, digərlərindən fərqlidir. Birincisi, Avqust heç vaxt normal məktəbə getməyib – birinci sinifdən onunla anası məşğul olub. İkincisi, Avqust 27 dəfə əməliyyat olunub. Çox nadir, lakin qarşılaşdıqları genetik səhvlər səbəbi ilə Avqustun üzü yox idi. Və bu oğlan məktəbə getməli idi. Birinci dəfə. Adi uşaqlar kimi. 

Hüseynova deyib ki, Azərbaycan klassik ədəbiyyatı həmişə gözlənilməz maraq və tələbə malikdir. Misal üçün, İsmayıl ŞıxlıAbdulla Şaiq və digərlərinin əsərləri Azərbaycan cəmiyyətində maraqla oxunur.

Yaxşı satılan kitablar sırasında azərbaycanlı şair və yazıçı Ramiz Rövşənin “Göyərçinim, gəl, görüm” əsəri də var. Bu, oxucuların böyük marağına səbəb olan şəkilli kitabdır.

Kitab hərflərlə ilk dəfə tanış olan və onları öyrənən uşaqlar üçün nəzərdə tutulub. Müəllif kitabı haqqında bunları deyib: “Mən baba kimi bu kitabı nəvələrimə, eləcə də, bütün uşaqlara verirəm”. 

Lizbet Sleqersin “Bax, gör” kitablar silsiləsi də xüsusilə qeyd edilib.

Əgər ətrafa baxsaq, çox sayda sürprizlər görərik. Qırmızı almanın içərisində kim yaşayır? Bu maraqlı kitabın köməyilə uşaqlar gizli şəkilləri tapa biləcəklər. Kitab bir yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. O, onları əhatə edən dünya ilə bağlı uşaqlarda müəyyən baxışlar formalaşdırır.

“Belə fikirlər səslənir ki, Azərbaycanda uşaq ədəbiyyatı yoxdur. Bu, belə deyil. Bəli, uşaq ədəbiyyatının sayı azdır. Bu, onunla əlaqədardır ki, uşaq ədəbiyyatı yazmaq çətindir, böyük məsuliyyət tələb edir, çünki uşaqlar kitabları diqqətlə oxuyur. Bu səbəbdən yazıçı çox vaxt uşaq ədəbiyyatından kənar qaçır. Buna baxmayaraq, bizdə uşaq müəllifləri az deyil. Bunlar Reyhan YusifqızıAqşin CəfərovKamran ƏlioğluƏsli Səmədova və başqalarıdır.

Həmçinin, məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün ensiklopediya silsiləsinə də tələbat var. Onlar daha çox əyləncəli xarakter daşıyır”, – deyə redaktor bildirib.

O qeyd edib ki, azərbaycandilli ədəbiyyatla yanaşı, rusdilli ədəbiyyat da uğurla satılır.

“Əli və Nino” kitab şəbəkəsi Azərbaycanda ən çox satılan kitablarını açıqlayıb.

Qurban Səid. “Əli və Nino” – əfsanəvi kitab.

İlk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır. Avropalı tədqiqatçılar iddia edirlər ki, əsər yəhudi əsili Lev Nissembauma məxsusdur. Əsərin ilk nəşrində müəllif kimi qeyd edilən Qurban Səid onun imzasıdır. Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir.

Hadisələrin cərəyan etdiyi əsas məkan isə “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır. Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalıb. Lakin bununla belə, Lev Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.

İkinci yeri rusiyalı psixoloq Mixail Labkovskinin müəllifi olduğu “İstəyirəm və olacağam” kitabı tutur.

Psixoloq Mixail Labkovski əmindir ki, insanın xoşbəxt olmağa haqqı var və o, istədiyini edə bilər. Onun kitabı özünü anlamağı, harmoniya tapmağı və həyatdan zövq almağı öyrədir. Müəllif sağlam həyat tərzinin qarşısını alan səbəbləri araşdırıb.

Üçüncü yerdə Yuval Noa Hararinin müəllifi olduğu “Homo Deus: Gələcəyin qısa tarixi” kitabıdır.

Özünün dünya səviyyəsində bir sensasiyaya çevrilən “Sapiens: Bəşəriyyətin qısa tarixi” adlı ilk kitabında Harari məqsədli insanın planetimizə hakim kəsildiyindən danışıb. “Homo Deus” kitabı da bunun davamı sayılır və gələcəkdə baş verə biləcək cəhdlərdən danışılır. “Google” və “Facebook”un bizdən yaxşı olan, zövqləri yaxşı bildiyi zaman nələr olacaq? Din bunu necə qəbul edəcək? İnsanlar planeti qorumaq üçün nələr etməlidir?

Mark Levinin kitabları arasında “Hamı kimi olmayan” əsəri xüsusi fərqlənir.

Nyu-Yorkun Beşinci küçəsində digərlərindən fərqlənməyən bir balaca bina var. Onun sakinləri mexaniki köhnə liftçi Dipakın köməyi olmadan bir addım da ata bilmirlər. Bir gün Dipak pilləkəndən yıxılır və onu Mumbaydan Nyu-Yorka gələn qardaşı oğlu Sancay əvəz edir. Onun, əslində kim olması heç kimin ağlına gəlmir. Bunu ancaq 9-cu mərtəbədə yaşayan Xolya adlı sakin anlaya bilir…

Beşinci yerdə hind əsilli kanadalı yazıçı Robin Şarmanın müəllifi olduğu “Ferrari”sini satmış rahib” kitabı qərarlaşıb.

Liderlik fəlsəfəsinin dünya şöhrətli siması və yazıçı Robin Şarmanın şəxsiyyətin inkişafı barədə yazılmış Ferrarisini satmış rahib əsəri müasir dünya ədəbiyyatı incilərindəndir. Uğurlu hüquqşünas Culian dəbdəbəli həyata, tropik adada villaya və hətta qırmızı “Ferrari”yə sahib olan az insanlardan biridir. Bütün gününü işdə keçirən, özünü işinə sərf edən Culian məhkəmələrin birində qəflətən infarkt keçirir və bununla da bütün həyatı dəyişir.

Sağaldıqdan sonra hər şeyini, hətta sevimli “Ferrari”sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur və müdriklərin ona verdiyi dəyərli məsləhətləri yerinə yetirərək o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda, onu tanımır. Əsərin süjet xətti Culian Mentl və Con arasında keçən söhbət, Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostu Conla danışması şəklində davam edir. Bu kitab sayəsində dünyada milyonlarla insan özlərini dəyişib və həyatı ağ vərəqdən başlayıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir