İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb. Bunu iraqlı deputat Vian Dahil özünün Twitter səhifəsində yazıb. Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını deyib.

“Bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”, – deyə Hikmət Hacıyev vurğulayıb.

İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılmasıyla bağlı məlumatı “RİA Novosti”yə təkzib edib.

“Saxlanılanlar var, ancaq onlar çox deyil və başqa-başqa ölkələrin vətəndaşlarıdır”, – deyə qaynaq artırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın