Portuqaliyanın paytaxtı Lissabonda mayın 10-da Eurovision Song Contest 2018 (ESC2018) mahnı yarışmasının ikinci yarımfinalı keçirilib. Azərbaycan və Ermənistanın ardınca Rusiya, Gürcüstan da Eurovision 2018 yarışmasının final mərhələsinə keçə bilməyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, səhnəyə ilk olaraq Norveç təmsilçisi, Eurovision 2009-un qalibi Aleksandr Rıbak çıxaraq, özünün müəllifi olduğu  “That’s How You Write a Song” mahnısını oxuyub və finala vəsiqə qazana bilib.

Alexander Rybak – That’s How You Write A Song – Norway – LIVE – Second Semi-Final – Eurovision 2018

İkinci yarımfinalda toplam 18 ölkə finala keçmək uğrunda yarışıb. Finala daha çox səs toplamış 10 ölkə çıxa bilib. Bunlar Norveç, Serbiya, Danimarka, Moldova, Niderland, Avstraliya, Macarıstan, İsveç, Sloveniya və Ukraynadır.

Rusiyalı müğənni Yuliya Samoylova “I Won’t Break” mahnısını “Todes” balet qrupunun müşayiəti ilə oxuyub.

Julia Samoylova – I Won’t Break – Russia – LIVE – Second Semi-Final – Eurovision 2018

Həmçinin bu il daha bir qonşumuz Gürcüstan da ESC2018-in final mərhələsindən qıraqda qalıb.

Ethno-Jazz Band Iriao – For You – Georgia – LIVE – Second Semi-Final – Eurovision 2018

Yada salaq ki, bir neçə gün öncə ESC2018-in ilk finalçılarının adları bilinmişdi. Yarışmanın finalına Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya və İrlandiya çıxa bilib.

Eurovision 2018 mahnı yarışmasında Azərbaycanı “X My Heart” təmsil edən Aysel Məmmədova finala keçə bilməyib. Həmçinin Ermənistan təmsilçisinin çıxışı da uğursuz alınıb.

Aisel – X My Heart – Azerbaijan – LIVE – First Semi-Final – Eurovision 2018

ESC2018-in final mərhələsi mayın 12-də baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın