Azərbaycan və Avropa Birliyi (AB) Arasında Danışıqlar Başlayır

Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) başçısı Henrik Hololey 27-30 yanvar tarixlərində Azərbaycana gələcək.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend-ə Avropa Birliyinin (AB) Azərbaycandakı elçiliyinin Siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Denis Danilidis deyib.

Onun sözlərinə görə, səfər zamanı H.Hololey Azərbaycan və Avropa Birliyi arasında aviasiya anlaşması üzrə danışıqlar aparacaq.

Daha öncə AB-nin Azərbaycandakı elçiliyinin başçısı Kestutis Yankauskas vurğulamışdı ki, Avropa Birliyi Azərbaycanla aviasiya anlaşmasına 2018-ci il yanvar ayının ikinci yarısında qol çəkmək istəyir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir