2017-ci ilin sonuclarına görə, Azərbaycan Ordusu “Dünyanın Ən Güclü Orduları” reytinqində 58-ci sırada yerləşib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu “Global Firepower” qurumunun elektron səhifəsində göstərilib.

Hesabatda vurğulanır ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və  93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var.

Bildirilir ki, Azərbaycan Ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və Misir.

“Global Firepower Index” reytinqi dünyada ən tanınmış və inanılan reytinqi sayılır. GFP bilgi bazasının məqsədi dünya silahlı gücləri ilə bağlı informasiya toplamaq, araşdırma və çıxarışlar etməkdir.

Dövlətlərin döyüş güclərini qarşılaşdırmaq üçün “Global Firepower Index”in müəllifləri çətin dəyərləndirmə metodikasından yararlanır, burada 50-dən artıq müxtəlif göstəricilər gözdən keçirilir.

Azərbaycan Ordusunun Genişölçülü Təlimləri

Azərbaycan Ordusunun operativ-taktiki təlimləri

Azərbaycan Ordusunun genişölçülü təlimləri

Azərbaycan Ordusunun İrimiqyaslı təlimlər davam edir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın