Azərbaycan Millisi Şahmat Üzrə Avropa Çempionatında İkinci Yerə Yüksəldi

Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə 2017-ci il Milli Komandalar arası Avropa Çempionatında mübarizəni davam etdirir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan şahmatçıları dünən 7-ci turda Macarıstanı 3:1 hesabı ilə udaraq turnirin ikinci pilləsinə yüksəlib. 1-ci və 2-ci taxtada oynayan təcrübəli qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teynur Rəcəbovun heç-heçə etməsinə baxmayaraq Arkadiy Naydiç rəqibini asanlıqla üstələyib. Sonuncu, 4-cü taxtada oynayan Rauf Məmmədlidən xarım xal gözlənilməsinə baxmayaraq o, uğurlu çıxışını davam etdirərək qələbə qazanıb.

Yada salaq ki, daha bir gün öncə Azərbaycan Milli Komandası Ermənistan şahmatçıları ilə qarşılaşıb. Həmin oyunda rəqibindən üstün olan R.Məmmədli komandamıza uğur gətirən xalı qazandırmışdı.

Azərbaycan yığması bu qələbələrdən sonra xallarının sayını 11-ə çatdıraraq turnir cədvəlindəki yerini düzəldə bilib. Komandamız birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

Bu gün, çempionatın VIII turunda Azərbaycan Komandası Rusiya millisi ilə qarşılaşacaq. Millimiz turnirin favoritinə qarşı da eyni heyətlə mübarizə aparacaq.

Şahmat üzrə Milli Komandalar arası Avropa Çempionatı 2017 – 8-cı tur: Rusiya – Azərbaycan

Taxta   1 Rusiya Reytinq 2 Azərbaycan Reytinq
1/1 GM Aleksandr Qruşuk 2785 GM Şəhriyar Məmmədyarov 2791
1/2 GM Yan Nepomniatçi 2733 GM Teymur Rəcəbov 2741
1/3 GM Maksim Matlakov 2730 GM Arkadiy Naydiç 2702
1/4 GM Daniil Dubov 2677 GM Rauf Məmmədli 2678

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir