Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində sıradakı yoldaşlıq oyununa çıxıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Qırğızıstan yığmasını qəbul edib.

Bakı Olimpiya Stadionunda baş tutan görüş meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın heyətində 17-ci dəqiqədə kapitan Maksim Medvedev, 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib. Hər iki qol künc zərbəsindən sonra başla vurulub.

Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.

Mədətovla Abbasov əsas yığmada ilk qollarını vurublar. Azərbaycan millisi isə Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

https://www.youtube.com/watch?v=QlbHva2yipo

Azərbaycan 3:0 Qırğızıstan (29.05.2018) CBC Sport

Yoldaşlıq görüşü: Azərbaycan – Qırğızıstan – 3:0

Qollar: Maksim Medvedev, 17. Mahir Mədətov, 75. Urfan Abbasov, 84

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy

Bakı Olimpiya Stadionu, saat 20:00

Millimiz bundan öncə Qurban Qurbanovun rəhbərliyi altında Bakıda Belarusa 0-1 uduzub, Antalyada Makedoniya ilə 1-1 heç-heçə oynayıb.

Yada salaq ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunları keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın