Azərbaycan Formula1 Qran-Priyə 150 milyon dollar ödəyəcək

İtaliyalı avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın “Formula 1” yarışlarının keçirilməsi üçün ödəyəcəyi məbləğ açıqlayıb.

Ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. Bu barədə “Autoweek” saytı məlumat yayıb. İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın “Formula 1” rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Priyə görədir.


Berni Ekklstoun- “Formula 1” yarışlarının rəhbəri

Damiani həmçinin B. Ekklstounun İtaliyada keçiriləcək Qran-Priyə görə ölkədən istədiyi məbləği də açıqlayıb. Avtomobil klubunun rəhbəri bildirib ki, “Formula 1” İtaliyanın bu yarışlara ev sahibliyi edə bilməsi üçün ölkə müvafiq olaraq hər il 28 milyon dollar ödəməlidir. Ancaq italyanlar hər il üçün yalnız 20 milyon dollar ödəməyə hazırdır. Onlar əlavə 8 milyon dollar ödəməyə razı deyillər.

ANSPRESS-in məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov da bu yaxınlarda mətbuata açıqlamasında Ekklstounla müqavilənin imzalandığını bildirmişdi. Ümumilikdə isə Azərbaycan Avropa Qran Prisinin Bakıda keçirilməsinə görə 10 il ərzində ödəniş etməlidir.


Bakıda keçiriləcək “Formula-1” yarışları zamanı avtomobillərin hərəkət xəritəsi

Bir müddət əvvəl “Reuters” agentliyi Avropa öləkələrinin digər ölkələrdən fərqli olaraq bu yarışların keçirilməsinə daha az məbləğ xərclədiyini yazıb. Agentliyinin məlumatına görə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr hər il yarışlara 40 milyon dollardan çox pul ödəyirlər.

Bu arada neftin dünya bazarında qiymətinin düşməsi ölkəmizdə keçiriləcək Formula 1 Qran Prisinə təsir etməyəcək. Bu haqda təşkilat komitəsi məlumat verib. “Bakıda keçiriləcək Formula 1 yarışları üçün ayrılan büdcə dollarla qəbul olunub və büdcədə heç bir dəyişiklik gözlənilmir.”

Azərbaycanın 2016-cı ildə “Formula 1 Avropa Qrand Pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə ötən il iyul ayında imzalanıb. “F-1”-lə bağlı çıxış edən Gəcnlər və İdman naziri Azad Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının Azadlıq meydanının seçiləcəyini, yarışların isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcəyini bildirib.

Ötən ilin iyul ayının 11-də isə Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında “Formula 1” yarışlarınınn 2016-cı il üzrə cədvəli təsdiq edilib.

Yarışlar Bakıda 17-19 iyun tarixləri arasında baş tutacaq. Azərbaycanda ilk dəfə təşkil olunacaq Formula-1 Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) APA-ya verilən məlumata görə, Bakıda keçiriləcək Formula-1 yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək.

Belə ki, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq. Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır. Yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq Formula-1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır. 20 müxtəlif döngə və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, 340 km/saat maksimal sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi  və s. özəlliklərlə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir