Aysel Məmmədovanın Eurovision 2018 Klipi Yayımlandı: X My Heart

Eurovision Song Contest 2018 (ESC-2018) mahnı yarışmasında Azərbaycanı təmsil edəcək müğənni Aysel Məmmədovanın (Aisel) X My Heart mahnısına çəkilmiş klipi təqdim olunub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, təmsilçimiz Aysel Məmmədovanın (Aisel) oxuduğu “X my heart” adlı mahnı Youtube-da paylaşılıb.

Aisel “X my heart” (Official music video) Eurovision 2018 Azerbaijan

Mahnının musiqisi bəstəkar-prodyuser Dimitris Kontopulosa, sözlər Sandra Byurmanındır.

Aysel Avropa səhnəsində oxuyacağı mahnı ilə bağlı İTV-yə açıqlama verib. O bildirib ki, studiyada musiqi yazılarkan onda xoş emosiyalar və ruh yüksəkliyi yaradıb:

“Mahnının sözləri ilə güclü bir bağlılıq duydum. Bu, mənim hamıya çatdırmaq istədiyim mesajdır: özünəinam səni hətta top mərmisindən də güclü edir.

Sandra Byurmanın mahnının sözlərində mənim adımın ayın bir parçası ilə bağlılığını vurğulamasını çox bəyəndim. Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox məmnunam.”

 

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir