Bu il ölkəmizi Eurovision Son Contest 2018 (ESC2018) mahnı yarışmasında “X My Heart” mahnısıyla təmsil edən Aysel Məmmədova (Aisel) Lissabonda ilk məşqini edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Avropa Yayımları Birliyinin (European Broadcasting Union) onun məşqdən olan videosunu yarışmanın rəsmi YouTube kanalında yayımlayıb.

Ağ geyimdə özəl səhnə dekorasiyası ilə səhnəyə çıxan Ayseli 4 portuqaliyalı ifaçı: Rui Andreyd, Salom Kaldeyra, Hüqo Baptista və Sandra Di Andreyd izləyib.

Yada salaq ki, yarışmanın ilk yarımfinalı mayın 8-i, ikinci yarımfinal mayın 10-u, final isə mayın 12-si keçiriləcək. İlk yarımfinalın açılışını “X My Heart” mahnısı ilə təmsilçimiz Aysel Məmmədova (Aisel) edəcək.


Aisel – X My Heart – First Rehearsal – Azerbaijan – Eurovision 2018

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın