Aysel Əlizadə Instagramda hamını çaş-baş qoydu: Özüm də bilmirəm

Gənc ulduz müğənni Aysel Əlizadə Instagram səhifəsində paylaşdığı yazı ilə hər kəsi çaş-baş qoyub. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə,  müğənninin rus dilində paylaşması izləyicilər tərəfindən anlaşılmayıb.

İzləyicilərindən biri yazının mənasını soruşduqda isə Ayselin cavabı hər kəsi heyrətləndirib. Müğənni öz Instagram səhifəsində qeyd edib ki, yazının mənasını özü də bilmir. Bundan sonra hər kəs onu təndiq edib:”Mənasını bilmədiyin bir şeyi niyə paylaşırsan?!”, “Çox sözü səhv yazıb başa düşmək də olmur”, “Rusca bilmirsən, nəyə loğvalanırsan?”

Sözügedən paylaşmanı təqdim edirik:

Aysel Əlizadə rus dilində yazıb: “Женщина может любить так, как будто никогда не уйдет. Но может наступить такой день, уйдет так, будто вовсе и не любила” (Qadın elə sevə bilər ki, sanki, heç vaxt tərk etməyəcək. Ancaq gün gələr elə tərk edər ki, sanki, heç sevməyib).

Xatırladaq ki, Aysel Əlizadə Ulduzlar mahnısı ilə daha da məşhurlaşmağa başlamışdı.


Aysel Əlizadə – Ulduzlar

Aysel Əlizadə “Ulduzlar” mahnısının sözləri

Bilirəm ürəyində biri var, bilirəm bəlkə mənəm nə bilim, bəlkə də mən deyiləm.
Deməsən də bunu mənə kimdir, mənsə sənə gizləmərəm, deyirəm mən ax sən deyiləm.
Səni elə çox sevirəm, nə qədər sevirəm deyə bilmirəm ama bunu heç özüm, mən özüm də bilməyirəm,
Sənə elə bağlanıram, ax mən nə bilim niyə bir bəla var səndə gözüm, mən özüm də bilməyirəm.

Deyə-deyə, gülə-gülə, birgə qoşaq,
Sevə-sevə bir vuraq ömrü başa
Bizə göylər eləsin tamaşa
Küsən ulduzlarımız barışa.

Deyə-deyə, gülə-gülə, birgə qoşaq,
Sevə-sevə bir vuraq ömrü başa
Bizə göylər eləsin tamaşa
Belə sevgidən, belə duyğudan sevən insanlar danışar.

Gecələr çəkirəm sənin həsrətini, ölürəm, odlanıram. Yanıram ax yanıram, yanıram.
Sanıram ürəyində bir özgəsi var, odur ki, qısqanıram. Yanıram ax yanıram, yanıram.
Səni elə çox sevirəm nə qədər sevirəm deyə bilmirəm ama bunu heç özüm, mən özüm də bilməyirəm,
Sənə elə bağlanıram ax mən nə bilim niyə bir bəla var səndə gözüm, mən özüm də bilməyirəm.

Deyə-deyə, gülə-gülə, birgə qoşaq,
Sevə-sevə bir vuraq ömrü başa
Bizə göylər eləsin tamaşa
Küsən ulduzlarımız barışa.

Deyə-deyə, gülə-gülə, birgə qoşaq,
Sevə-sevə bir vuraq ömrü başa
Bizə göylər eləsin tamaşa
Belə sevgidən, belə duyğudan sevən insanlar danışar.

Aysel Əlizadə Instagramda hər kəsi çaşdırdı

Aysel Əlizadə Instagramda hər kəsi çaşdırdı
Aysel Əlizadə Instagramda hər kəsi çaşdırdı
Aysel Əlizadə Instagramda hər kəsi çaşdırdı Aysel Əlizadə Instagramda

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Aysel Əlizadə Instagramda hamını çaş-baş qoydu: Özüm də bilmirəm” üçün bir açıqlama

  1. hahaha:) mahnısının sözlərini deyib: mən heç özüm də bilməyirəm
    bu savadsız müğənnilərdən nə istəyirsiz axı?! həm prodyuserlik etməlidirlər, həm sosial şəbəkələrdə menecerlik, özləri paltar, stil, mahnı seçməlidirlər. haranı bitirib ki, bu yazıq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir