Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan torpaqlarının 20 faizinin işğalçılarına müraciət ünvanladığı video paylaşıb. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, video rejissorun “YouTube” kanalında paylaşılıb. 

A.Salayev doğum günündə paylaşdığı videoda vurğulayır ki, ömrünün yarısından çoxu Vətəninə münasibətdə Ermənistanın həyata keçirdiyi cinayət siyasəti ilə keçib:

“Bütün bunları başlayanlara üzümü tutmaq istəyirəm. Nə qazandığınızı və nə itirdiyinizi birlikdə düşünək. Siz Qarabağda əvvəl də yaşayırdınız, indi də yaşayırsınız, sadəcə sizin yanınızda azərbaycanlılar yoxdur. Əgər bu fakt sizi sevindirirsə, bu problem sizin səviyyənizdədir. Bir də sizin üzərinizdə heç bir dəyəri olmayan bir parça dəyərsiz bayraq var – sizin qazandığınız bunlardır!

Bəs nə itirmisiniz? – Siz qalan bütün Azərbaycanı itirdiniz. Sovet İttifaqı onsuz da dağılacaqdı və siz Azərbaycanda çox yaxşı yaşaya, bizneslə məşğul ola, qazandığınız pulla bütün Ermənistanı dolandıra bilərdiniz.

Yadınıza salın, ilk neft bumu çağlarında bir çox azərbaycanlı neft sahiblərindən xeyli varlı olan bir erməni neft sənayesi mütəxəssisi Mantaşev var idi, baxmayaraq ki, Bakıda heç vaxt dəyərli bir şey tikməmişdi. Beləliklə, artıq Mantaşevlər olmayacaq. Bundan başqa, siz nüfuzunuzu itirmisiniz, indi hər yerdə sizə qarşı ehtiyatlı münasibət var. Harda erməni diasporu var, orada daim siz müşahidə altındasınız. 

Yaradan bir xalq etiketi altında müasir tarixə girmək əvəzinə, hamının öz maraqları üçün istifadə etdiyi bir xalq olaraq girməyi seçdiniz və bunu hamı yaxşı bilir. İndi Qarabağı tanımaq üçün bu həyasız fikirlə yaşayacaqsınız və nəsildən-nəslə ötürülən bu cılız fikir zehni gücünüzü, yaradıcı gücünüzü əlinizdən alacaq. Mən internetdə Yerevan küçələrində Azərbaycan bayraqlarının rəsminin çəkildiyini və insanların oradan keçən zaman bayraqları tapdalamalı olduğunu görmüşəm. Nə deyək… Bu, sizin aranızdan heç vaxt Qrant Matevosyan, Aram Xaçaturyan, Sergey Paracanov kimilərin çıxmağına imkan verməyəcək mənəvi pozğunluğun əlamətidir. Siz özünüz özünüzü dalana dirəmisiniz”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın