“Bakı Olimpiya Stadionunda keçirilən Avropa Oyunlarının açılış mərasimi “Emmy” mükafatına iki nominasiya üzrə qalib olub”.

Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub.

“Baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyasının (Academy of Television Arts & Sciences) bu il martın 24-də keçirilmiş 43-cü “Emmy” mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi 6 nominasiya üzrə namizəd olub. Bura rejissor işi, səhnə dekorasiyası, işıq rejissorluğu, canlı musiqi üzrə “Sound mix”, musiqi rejissorluğu və geyim daxil olub. Mükafatların təqdimetmə mərasimində Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə “Sound mix” nominasiyasıdır”.


Baku 2015 European Games Opening Ceremony – Highlights

“Emmy” mükafatı Amerikada televiziya sahəsində təqdim edilən mükafatdır. “Emmy”, “Oskar” (kino sahəsində), “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir. Mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız “Emmy” mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən “Emmy” mükafatından fərqləndirmək məqsədi ilə adı dəyişdirilərək praym-taym “Emmy” mükafatı adlandırılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın