Avropa ölkələri həyəcanda qeyri-rəsmi fövqəladə vəziyyət elan etdi

Səhər saatlarında ard-arda baş verən iki teraktda 30-a yaxın adam ölüb, bir o qədər də yaralı var.

Belçikanın paytaxtı Brüsseldə bütün məktəb, bağça və metro stansiyaları bağlanıb.

TASS.ru-a istinadən verilən məlumatına görə, Brüsseldə baş verən terror aktlarının ardınca ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə – 4-cü dərəcəyə qaldırılıb. Avropa İttifaqı Komissiyası əməkdaşlarına olduqları yerlərdə qalmaları barədə xəbərdarlıq edib. Belçikanın Krisiz Komitəsi də əhaliyə evlərində və ya otellərində qalmalarını tövsiyə edib və çölə çıxmamalarını bildirib.

Belçikanın paytaxtı Brüsseldə əvvəlcə hava limanında, sonra metrostansiyalarda yaşanan terror hadisələrindən sonra bütün Avropa dövlətləri demək olar ki, fövqəladə vəziyyətə keçib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bir çox hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Almaniya

Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanında təhlükəsizliyin gücləndirildiyi, limanda polislərin sayının artırıldığı, Berlin-Tegel hava limanında ziyarətçi foyesinin bağlandığı, burada da polislərin gücləndirilmiş iş rejiminə keçdiyi və Berlindən Brüsselə bütün uçuşların təxirə salındığı bildirilir.

İngiltərə

İngiltərə baş naziri David Cameron da Brüsseldəki hadisədən sonra nazirliklərin və təhlükəsizlik nümayəndələrinin təcili görüşünü keçirib. Həmçinin London və Brüssel arasında uçuş və sürətli qatar səfərlərinin dayandırıldığı açıqlanıb.

Hollandiya

Hollandiya baş naziri Mark Rutte isə  bütün təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verildiyini və hava limanlarında təhlükəsizliyin gücləndirildiyini açıqlayıb.

Fransa

Fransada da partlayışdan sonra təhlükəsizlik yüksək səviyyəyə qaldırılıb. Polis qaynaqlarından əldə edilən məlumata görə, Parisi Brüssel və digər bəzi Avropa ölkələrinə bağlayan  “Şimali Qarı”nda şübhəli paket tapılmasının ardından bura bağlanıb. Prezident sarayında əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı iclas keçirilib.

İtaliya

İtaliya daxili işlər naziri Angelino Alfano bildirib ki,  Brüsseldəki hücumların ardından İtaliya ərazisindəki təhlükəsizlik səviyyəsini gözdən keçirmək üçün Təhlükəsizlik Xidməti nümayəndələrinin iclası keçiriləcək. Başda Roma Flumicino hava limanı olmaqla ölkədəki böyük və mühüm hava limanları və terminallarında təhlükəsizlik tədbirləri gücləndirilib.

İsveç

İsveçdə də vəziyyət eynidir. Stokholm polis nümayəndəsi hadisədən sonra Lars Byström Arlanda və Bromma hava limanlarında polis sayını artırdıqlarını, müəyyən yerlərdə nəzarəti gücləndirdiklərini açıqlayıb.

Norveç

Norveç Soto polisi lazımi tədbirlərin görüldüyünü və vəziyyətin həmişə dəyərləndirildiyini ifadə edib.

Danimarka

Kopenhagen polisi hava limanları və strateji yerlərdə polis sayının artırıldığını, təhlükəsizlik baxımından ən yüksək səviyyədə gücləndirilmiş iş rejiminə keçildiyini bildirib.

 

 

 

Qeyd edək ki, bu gün səhər saatlarında Brüssel hava limanında iki dəfə partlayış olub.  Hadisənin kamikadze tərəfindən törədildiyi də rəsmi təsdiqlənib. Partlayış zamanı 17 nəfər ölüb, 30-dan çox yaralı var.

Daha sonra şəhərin Malbek metro stansiyasında da partlayış qeydə alınıb. Hadisə zamanı 10 nəfərin öldüyü deyilir.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir