Avropa Liqasında Liverpul Borussiya Dortmundu keçdi

Çempionlar Liqasının oyunlarından sonra Avropa Liqasında da yraımfinalçılar müəyyənləşir. Bu gecə 1/4 finala yekun vurulacaq və turnirin ən güclü 4 komandasının adına aydınlıq gələcək.

Dünən isə günün ən maraqla gözlənilən oyunu Liverpulda keçirilib. Şəhərin eyniadlı komandaDortmundun Borussiyasını qəbul edib. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab qarşılaşmasına marağı bir qədər də artırırdı. Oyunuın gedişində 1:3 hesabı ilə geri düşən Liverpul 3 qol vurmaqla görüşdən qalib tərəf kimi ayrılıb – 4:3. Bu hesab Yurgen Klopp və onun hazırladığı Liverpulu yarımfinala yüksəldib.

Avropa Liqasının digər oyunlarında Sevilya Atletiki sınağa çəkib. Sparta (Praqa) evdə Vilyareala 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Şaxtyor isə evdə Braqaya 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.


Liverpool vs Dortmund 4-3 – Goals & Highlights (14/4/2016)

Liverpul (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) – 4:3
Qollar: Mxitaryan, 5 (0:1), Obemaynq, 9 (0:2), Orici, 48 (1:2), Roys, 57 (1:3), Koutinyo, 66 (2:3), Sako, 78 (3:3), Lovren, 90+1 (4:3)
Liverpul. “Enfild” stadionu
İlk oyun: 1:1

Sevilya (İspaniya) – Atletik (İspaniya) – 1:2 (Əlavə vaxt)
Qollar: Aduriz, 57 (0:1), Qameyro, 59 (1:1), Qarsiya, 80 (1:2)
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun: 2:1

Sparta (Praqa) – Vilyarreal (İspaniya) – 2:4
Qollar: Bakambu, 5 (0:1), Kastilleyo, 43 (0:2), Bruno, 45+1 (0:3), Bakambu, 49 (0:4), Doçkal, 65 (1:4), Krejçi, 71 (2:4)
Praqa. “Letna” stadionu
İlk oyun: 1:2

Şaxtyor (Ukrayna) – Braqa (Portuqaliya) – 4:0
Qollar: Srna, 25-pen (1:0), Fereyra, 43-avtoqol (2:0), Kovalenko, 50 (3:0), Fereyra, 74-avtoqol (4:0)
Lvov. “Lvov Arena”
İlk oyun: 2:1

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir