Avropa Birliyinin (AB) Baş Katibi Torbyörn Yaqland Azərbaycanı Təriflədi

Avropa Birliyinin (AB) baş katibi Torbyörn Yaqland (Thorbjørn Jagland) Azərbaycanda cəzaların humanistləşdirilməsinə doğru atılan addımları yüksək dəyərləndirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu o, AB Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququyla bağlı tədbirlər hazırlanıb. Bu, irəliyə doğru addımdır”, – deyə baş katib vurğulayıb.

Onu da deyək ki, ötən il fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncama qol çəkib.

Artıq bir müddətdir ki, sərəncamın yerinə yetirilməsinə başlanılıb.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir