Avropa Birliyindən Əliyev-Sarkisyan görüşlərinə müsbət baxış

Avropa Birliyi (AB) Rusiyada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında baş tutmuş görüşü yaxşı olaraq dəyərləndirir. Qurumun Azərbaycandakı elçiliyinin başçısı Malena Mard bununla bağlı açıqlama verib.

Avropa Birliyinin (European Union) rəsmisinin sözlərinə görə, ikitərəfli görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli yolunda irəliyə doğru atılmış addımdır.

“Biz AB kimi Azərbaycan və Ermənistan arasında yaranmış münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu istiqamətdə olan bütün səyləri dəstəkləyirik. Bu görüş, əlbəttə, münaqişənin nizamlanması istiqamətində müsbət addımdır. Münaqişənin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün tərəflər arasında dialoq qurmaq lazımdır”.

Bu gün Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Aprel döyüşlərindən sonra prezidentlərin ikinci görüşü Sankt-Peterburqun Konstantin sarayında baş tutub.

Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq Sankt-Peterburqdadırlar. Sankt-Peterburqda Vladimir Putinlə Serj Sarkisyanın görüşü baş tutub.

“Bizim Qarabağla bağlı mövqeyimizi hər kəs bilir. Biz məsələnin sülh yolu ilə həllini istəyirik. Mən Minsk Qrupunun həmsədr ölkəsi kimi sizə bu məsələyə ayırdığınız diqqətə və səylərə görə təşəkkür etmək istəyirəm”, – deyə Serj Sarkisyan bildirib.

Azərbaycan və Ermənistan prezidentləri arasında ilk görüş mayın 16-da Vyanada ABŞ, Rusiya, Fransa xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutmuşdu.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir