Avropa Birliyi ölkələrinin səfirləri Azərbaycan xalqını təbrik edib

Avropa Birliyinin (AB) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri və 20 ölkənin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, təbrikdə AB-nin Azərbaycanda akkreditasiya olunmuş 20 ölkənin diplomatik missiyaların başçıları və qurumun Bakıdakı nümayəndəsi öz təbriklərini çatdırıblar.

Diplomatlar təbriklərini Azərbaycan dilində səsləndiriblər: “Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək, Azərbaycan!”.

AB səfirləri Azərbaycan xalqını belə təbrik etdi

2 iyun: Eurovillage – Avropa Şəhərciyi 2018

Avropanı Bakıda kəşf edin!

Avropa Şəhərciyinə dəvətlisiniz!
Bakı Bulvarında təşkil olunacaq əyləncəli tədbirdə siz Avropa ölkələrinin mədəniyyəti, adət-ənənələri ilə tanış olacaq, viktorinalara və oyunlara qatılaraq maraqlı gün keçirəcəksiniz.

“Avropa Şəhərciyi – 2018” ölkələri kəşf etmək istəyən gənclər, şirin-şəkər balalar və Avropa mədəniyyəti ilə maraqlanan hər kəs üçündür!

Giriş sərbəstdir.

PROQRAM:
Tədbirin müddəti 12:00 – 20:00

* Avropa şəhərlərinə virtual səyahət
* Elmi Şou
* Gül çələnglərinin hazırlanması
* 3D qələmlərlə qeyri-adi şəkillərin çəkilməsi
* Milli və Avropa rəqs dərsləri
* Avropa dilləri dərsləri
* Futbol zonası
* Karaoke
* Foto kabinəsi
* Avropa mətbəxinin nümayişi
* Üz rəsmləri (feys-art) və əl xınası
* Milli naxışların çəkilməsi
* Çoxsaylı müsabiqələr və viktorinalar

Dostlarınızla və ailənizlə yığışın, gəlin!

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir