Avropa Birliyi (AB) Ermənistanda fəaliyyətdə olan Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün fəal şəkildə təbliğat işləri aparır, onun alternativ imkanlarla əvəzlənməsini təklif edir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Независимая газета” yazır. Məlumata görə, rəsmi Brüssel Ermənistanda Metsamor AES-in konservasiyası məqsədilə 200 milyon avro ayırmağı belə söz verib.

Onu da vurğulayaq ki, Metsamor AES-in tikintisi 1960-cı ildə başlanılıb və 1976-cı ildə istismara verilib. Ermənistan hökuməti 2014-cü ilin mart ayında nüvə energetikasının yeni blokunun tikintisinin yubanmasına görə stansiyanın istismarının 2026-cı ilə qədər uzadılmasıyla bağlı qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə, və İranın bu stansiyanın yaratdığı təhlükə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə etdiyi müraciətlərə baxmayaraq, Ermənistanda stansiyanın fəaliyyəti hələ də  davam etdirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın