Avropa Birliyi Ermənistanın Metsamor AES-i Bağlamasını Tələb Edir

Ermənistan respublikası enerji böhranı ilə üz üzədir. Reportun Gürcüstan bölməsi bildirir ki, Avropa Birliyi (AB) Ermənistandan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlamağı tələb edib.

“Sputnik-Armenia” saytının məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında AB ilə Ermənistan arasında imzalanacaq anlaşmanın şərtləri açıqlanıb. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in işini dayandırmalı, ölkənin enerji güvənliyini təmin etmək üçün alternativ yollar tapmalıdır.

AB-nın bu tələbi erməni və gürcü iqtisadçılar, siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Ermənistandan olan iqtisadçı Vilen Xaçatryan belə sayır ki, ölkənin alternativ enerji qaynaqları yoxdur. Metsamor AES-in bağlanması Ermənistanın regiondakı mövqelərinin zəiflədəcək.

Gürcü politoloq, tarixçi alim Simon Kopadze Reportun Gürcüstan bölməsinə müsahibəsində deyib ki, Ermənistanın Avropa Birliyi ailəsinə girməsi üçün Metsamor AES-in bağlanması yeganə şərt ola bilməz. Ermənistan eyni zamanda, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, işğala, terrora son qoymalıdır. Yalnız bundan sonra Ermənistanla işləmək olar.

Politoloq hesab edir ki, ikili standartları ilə seçilən Avropa Birliyi əslində təkcə Metsamor AES-in bağlanması tələbini irəli sürməklə əsas məsələdən yayınır.

“Belə olmasa idi, Avropa Birliyi dövlətlərin ərazi bütövlüyü məsələsini, Ermənistanın işğalçılıq siyasətini qabardar, ondan işğala son qoymağı tələb edərdi və regionda barışa nail olunardı. Ona görə də hesab edirəm ki, başqa dövlətin vassalı olan Ermənistan üçün Metsamor AES çox zəif şərtdir”, – deyə Kopadze vurğulayıb.

“Art-qallery” televiziyasının başçısı, politoloq Tengiz Txilava isə hesab edir ki, bu tələb çoxdan irəli sürülməli idi. Çünki Metsamor AES istismar müddətini başa vurub və region, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə qaynağıdır: “Hamımız Çernobıl faciəsini çox yaxşı xatırlayırıq. Metsamor AES-də də ciddi problemlərin yaşandığını hamı bilir. Düşünürəm ki, Ermənistanın inadkarlığı Avropanın da rahatsız etməyə başlayıb. Çünki bu stansiyada fəlakət baş versə, onun acı nəticələrini Avropa ölkələri də yaşayacaqlar”.

“Ancaq bu tələb yalnız kağız üzərində qalmamalı, Ermənistana qarşı başqa tələblər də irəli sürülməli və onların icrasına nail olunmalıdır”, – deyə Txilava vurğulayıb.

Qeyd edək ki, Ermənistan noyabrın 24-də Avropa Birliyi ilə tərəfdaşlığın genişləndirilməsi ilə bağlı anlaşma imzalamaq istəyir.

Ermənistan Respublikasında yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə qaynağına çevrilib.

İstismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də qəza baş verərsə, Ermənistanın özü də olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı başqa sonuclarla üz-üzə qalacaq. Artıq uzun illərdir region ölkələri, Avropa Birliyi və bir çox beynəlxalq qurum Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün işlərin görülməsini tələb edir.

Bundan başqa, Ermənistanda AES-in olması nüvə materialları qaçaqmalçılığı edən transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı torpaqlarında sərbəst çalışması üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar var. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşərsə nəyin baş verəcəyini düşünmək heç də çətin deyil. #StopMetsamor

#StopMetsamor
#StopMetsamor

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir