Avro-2016 B qrupunda Rusiya-İngiltərə qarşılaşması sülh ilə başa çatdı

Fransada keçirilən futbol üzrə Avropa çempionatı Avro-2016-nın “B” qrupu çərçivəsində növbəti oyun keçirilib. Marseldə baş tutan günün ən maraqlı oyunundan öncə ingilis və rus azarkeşlər arasında böyük iğtişaşlar baş verib. Qarşıdurmanın favoriti İngiltərə yığması hesab olundu. Lakin Rusiya yığması müdafiə xəttini gücləndirərək əks hücumları ilə qol vurmağa çalışıb.

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liverator, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)

Hakim-inspektor: Herbert Fandel (Almaniya)

UEFA nümayəndəsi: Roland Albert Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu

İngiltərə: 1. Co Hart (q), 2. Kayl Volker, 3. Deni Rouz, 5. Qari Keyhil, 6. Kris Smolinq, 7. Rahim Sterlinq (4. Ceyms Milner, 87), 8. Adam Lallana, 9. Harri Keyn, 10. Ueyn Runi (k) (18. Cek Uilşer, 78), 17. Erik Dayer, 20. Delle Alli

Ehtiyat oyunçular: 13. Freyzer Forester (q), 23. Tom Heton (q), 11. Ceymi Vardi, 12. Nataniel Klayn, 14. Cordan Henderson, 15. Daniel Staric, 16. Con Stons, 19. Rouz Barkli, 21. Rayan Bertrand, 22. Markus Reşford

Rusiya: 1. İqor Akinfeyev (q), 3. İqor Smolnikov, 4. Sergey İqnaşeviç, 5. Roman Noyştader, 9. Aleksandr Kokorin, 10. Fyodor Smolov (11. Pavel Mamayev, 85), 13. Aleksandr Qolovin (15. Roman Şirokov, 77), 14. Vasili Berezutski (k), 17. Oleq Şatov, 21. Georgi Şennikov, 22. Artyom Dzyuba

Ehtiyat oyunçular: 12. Yuri Lodıgin (q), 16. Gilyerme (q), 2. Roman Şişkin, 6. Aleksey Berezutski, 7. Artur Yusupov, 8. Denis Qluşakov, 18. Oleq İvanov, 19. Aleksandr Səmədov, 20. Dmitri Torbinski, 23. Dmitri Kombarov

Ruslar ingilis azarkeşi öldürdü

Fransda təşkil olunan Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb. Bakı vaxtı ilə 23.00-da başlayacaq Rusiya-İngiltərə qarşılaşmasından öncə iki komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.

Fransa mətbuatı iddia edir ki, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş vəfat edib. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb. Bundan öncə də İngiltərə millisinin azarkeşləri qalmaqala səbəb olmuşdu. Adadan gələnlər Marsel əhalisi ilə əlbəyaxa olmuşdu.

Fransanın Marsel şəhərində İngiltərə futbol komandasının azarkeşləri ilə güvənlik işçiləri arasında qarşıdurma yaşanıb. Azarkeşlər polisə şüşə qablar atıb. Qarşıdurma zamanı xəsarət alan olmayıb. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb.

İngilis azarkeşlərlə bir qrup gənc fransalı arasında dava düşdüyünə görə İngiltərə Futbol Assosasiyası narahatlığını ifadə edib. Qurum tərəfləri bir-birilərinə hörmətlə yanaşmağa çağırıb.

Avro 2016, B Qrupu: Rusiya – İngiltərə: 1-1

İtaliyalı baş hakim Nikola Rizzolinin idarə etdiyi oyunda hesabı İngiltərə açıb. 73-cü dəqiqədə Eric Dier komandasını irəli çıxarıb.

UEFA 2016 Ingiltərə-Rusiya
UEFA 2016 Rusiya komandasının kapitanı İngiltərənin qapısından bərabərlik topunu keçirir

Lakin artırma dəqiqələrində Rusiya hesabı bərabərləşdirib – 1:1. Berezutski komandasının çox önəmli qoluna imza atıb.


Avro 2016, B Qrupu: Rusiya – İngiltərə: 1-1

Qrupun başqa oyununda Uels Slovakiya millisini 2-1 hesabı ilə məğlub edə bilib.

Avro 2016, B Qrupu

Oyun Qələbə Heç-heçə Məğlubiyyət Xallar
Uels
1 1 0 0 3
İngiltərə
1 0 1 0 1
Rusiya
1 0 1 0 1
Slovakiya
1 0 0 1 0

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir