Niderland hökuməti Hollandiya adının istifadəsindən imtina etmək qərarına gəlib. Bununla bağlı “The Guardian” qəzeti məlumat verir.

Bildirilir ki, ölkənin qlobal imicini yeniləmək üçün Hollandiya yerinə yalnız rəsmi adından istifadə olunacaq.

Biznes liderləri, turizm şurası və mərkəzi hökumətin dəstəklədiyi milli rebrendinq 2019-cu ilin sonunda yayımlanacaq.

Ölkə başçıları beynəlxalq aksenti bu ölkənin narkotiklə istirahət və Amsterdamın qırmızı fənərlər rayonu kimi, adətən assosiasiya olunduğu milli həyatının müəyyən aspektlərindən sapındırmaq istəyir.

Onlar, eyni zamanda turistlərin yalnız Amsterdama deyil, ölkənin başqa bölgələrinə də gedişini təşkil etməyə çalışacaqlar.

Niderland yeni strategiyası çərçivəsində özünü bütün dünyaya “qlobal problemlərin həlli üçün yeni texnologiyaların istehsalçısı” kimi təqdim etməyi planlaşdırır. 

Vurğulanır ki, Niderland adı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları və Rotterdamda baş tutacaq Eurovision Song Contest 2020 musiqi yarışmasında da istifadə olunacaq.

Ölkə hüdudlarından qıraqda Hollandiya kimi tanınan milli futbol komandası da artıq yalnız Niderland adlandırılacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın