Arsenal erməni futbolçusunu Baku 2019–UEFA Avropa Liqasının Finalına gətirməyəcək

İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Bakı 2019 UEFA Avropa Liqasının “Çelsi”yə qarşı keçiriləcək final oyununda oynamayacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “The Times” dərgisi yazıb.

Qaynağın məlumatına görə, “topçular” mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu “güvənlik” üzündən Londonda saxlayacaqlar. Klub başçıları düşünür ki, guya erməni futbolçunun Azərbaycana ola biləcək gəlişi ilə bağlı yaranan durum, final qarşılaşması öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha öncə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam güvənli şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşmasında iştirakına Azərbaycanın güvənlik təminatı vermədiyi ilə bağlı iddiaları təkzib edib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir