“Parasetamol” cinsi hormonlara mənfi təsir göstərərək, sonsuzluq və qüsurlu döl inkişafı risklərini artırır. Belə bir nəticəyə San Dieqoda “Human Longevity” qurumunun alimləri gəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “The San Diego Union Tribune” jurnalında məqalə yayımlanıb.

Araşdırmaya yaşı 18-dən yuxarı olan 455 nəfər qoşulub. Təhlil prosesinə Avropada yaşayan 1880 əkiz, 1235 afroamerikalı və ispan kökənli insanların yoxlanması ilə bağlı tibbi məlumatlar salınıb. Alimlər metabolizm üçün zəruri olan 700 birləşmənin miqdarındakı dəyişikliklərin monitorinqini aparıb.

Nəticədə bütün könüllü qruplarında “Parasetamol”dan istifadə ilə bağlı neyrosteroid cinsi hormonların tükənməsi müşahidə olunub. Effekt hormonal səviyyədə orqanizmin 35 il müddətinə qocalmasına bərabər olub.

Preparat, eyni zamanda, cift və reproduktiv orqanlarda pozuntulara yol açır. Bundan başqa, “Parasetamol” sinir sistemi ilə bağlı xəstəliklərə yol açır, uşağın erkən doğumu və embrion inkişafı pozuntuları riskini artırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın