Apple şirkəti iPhone X-dəki çatışmazlıqlarla bağlı açıqlama yayıb

Apple şirkəti MacBook Pro 13 notbukları və iPhone X smartfonlarındakı çatışmazlıqlarla bağlı açıqlama xarakterli məlumat yayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı RIA Novosti agentliyinə qaynaqlanaraq bildirir ki, bir sıra iPhone X modellərində displeyin bir komponentinin sıradan çıxması nəticəsində sensor ekranda problemlər yarana bilər.

İstehsalçı şirkət bildirib ki, smartfonlar toxunuşa cavab verməyə, ya da əksinə, heç toxunmadan işə düşə bilərlər.

Apple şirkətinin bildirdiyinə görə, bu problemi yaşayan alıcılar pulsuz ehtiyat displey ala bilərlər.

Bundan başqa, Apple şirkəti bəyan edib ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin iyun ayına qədər satışa çıxarılmış “MacBook Pro 13” modelli noutbukların sərt diskinin işində də problemlər yarana bilər. Şirkət qüsurların aradan qaldırılması üçün Apple-ın servis mərkəzlərinə müraciət etməyi önərib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir