“Azad Azərbaycan” (ATV) televiziyasının 106.3 radiosunda çalışan tanınmış aparıcı Aytən Səfərova “Buğa” bürcü altında doğulan insanlara “Otlayın!” deyərək təhqir edib.

Bunu BizimYol.info-ya tanınmış hüquqşunas Tahir Əlirzayev bildirib. Onun dediyinə görə, səhər saat 8:57-də işə gedərkən 106.3 radiosunda aparıcılar Raqif Əliyev, Aytən Səfərova və Mətanət Əliverdiyevanın aparıcılığı ilə yayımlanan “Bumeranq” verilişində bürclər haqqında məlumat verilərkən aparıcı Aytən Səfərova kobud səhvə yol verərək, “Buğa” bürcü altında doğulan insanları təhqir edib.

O “Buğalar az yeyin, yağlı yeyib kökəlməyin, bir sözlə otlayın!” deyərək bu bürc altında doğulanları təhqir edib. Aparıcının bu sözləri insanlar tərəfindən pis qarşılanıb. Onlar sosial şəbəkələrdə tanınmış teleaparıcını təhqir edərək, onlardan üzr istəməsini tələb ediblər.

Qeyd edək ki, Aytən Səfərova üzun müddət “ANS” telekanalında çalışmış, indi isə fəaliyyətini “ATV” kanalında davam etdirir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın