Antonio Konte Qarabağ-Çelsi Oyunu Öncəsi Sualları Cavablandırdı

Rəqibimiz çox yaxşı komandadır. Futbol oynamağı bilirlər. Qarabağ FK qrupda ilk oyunu bizə qarşı keçirdiyi üçün bəxtimiz gətirdi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bu sözləri  İngiltərənin Çelsi komandasının baş məşqçisi Antonio Konte noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda Qarabağa qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

“Çox diqqətli olmalıyıq. Qarabağ Atletiko kimi güclü rəqiblə heç-heçə edib. Həmçinin evdə Romaya qarşı yaxşı təsir bağışladılar. Qalib gəlsək, bu, bizə 1/8 finala vəsiqə qazandıracaq”, – deyə Konte bildirib.

Çelsinin baş məşqçisi uduzacaqları haldə saqqalının qırxacağıyla bağlı söz verməsindən də danışıb:

“Önəmli olan saqqal saxlamaq deyil. Ondan önəmli məsələlər var. Ancaq etiraf edim ki, saqqala qulluq etmək də çətin işdir”.

İtaliya yığmasının baş məşqçisi kimi Bakı Olimpiya Stadionunda baş tutan açılış oyununda uğur qazanmasını yada salan Antonio Konte bildirib ki, eyni nəticəni əldə etmək istəyir:

“Həmin uduş İtaliyaya Avropa çempionatına çıxış qazandırdı. O qarşılaşmada çətinlik çəkdik. Azərbaycanda futbolun səviyyəsi artmaqdadır. Sabah da çox diqqətli olmalıyıq”.

Sonda Qarabağ Futbol Klubuna sayğı göstərdiyini vurğulayan baş məşqçi Azərbaycan çempionunun Atletiko kimi komanda ilə iki görüşdə heç-heçəyə qaldığını yada salıb.

Kontenin “Qarabağ” – “Çelsi” matçı öncəsi mətbuat konfransı

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir