Türkiyədə “Antalya Fashion Week 2019” adı altında keçirilən moda günlərində Norveçdə yaşayan əslən azərbaycanlı Şervin Nəcəfpurun “I‘m a Star” kolleksiyası sərgilənib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə mediası tərəfindən işıqlandırılan dəfilə böyük səs-küyə səbəb olub. “I‘m a Star”  kolleksiyasında modellərin çıxışı zamanı background-da (fonda)  Azərbaycanın ərazi bütövlüyünün, eləcə də işğal olunmuş şəhərlərinin adı “I’m a Star in Khojaly” , “I’m a Star in Shusha”,  “I’m a Star in Tabriz” və b. yayımlanıb. Sonda sərginin baş ulduz modeli olan Mister Azərbaycan və Best Model yarışmasının birincisi Şakir Əhmədzadə podiuma “I’m a Star in Karabakh” şüarı ilə çıxıb.


I’m a Star by Shervin Najafpour – Antalya Fashion Week 2019

Bundan başqa dizayner Ş.Nəcəfpur dahi şəxsiyyətlər M.Ə.Rəsulzadə, H.Əliyev və M.K.Atatürkün ölkələrarası dostluqla bağlı düşüncələrini əks etdirən bir neçə ana toxunub. Kolleksiyanın həm ideya konsepti, həm də sərgilənən geyimlər moda tənqidçiləri və dəb bloqqerləri tərəfindən maraqla qarşılanıb. Kolleksiyanın kristal daşlardan ibarət taclarını dizayner Gülnar Məmmədova hazırlayıb. Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır.

I’m a Star in Karabakh – Antalya Fashion Week 2019

Vurğulayaq ki, dizayner Şervin Nəcəfpur (Shervin Najafpour) Norveçin bir çox tanınmış ulduzlarının, eləcə də kral ailəsinin geyimlərini hazırlayan ən bahalı dizaynerlərdən biridir.

Shervin Najafpour – Butov AZ TV

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın