ANS Azərbaycan-Ermənistan cəbhə xəttindən xəbərlər verir

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev cəbhə xəttində baş verən ən son vəziyyət barədə məlumat verib. Verilən xəbərlərə görə, ermənilərin qəfil hücumunun səbəblərindən danışan telerepartyor bildirib ki, qarşı tərəf Azərbaycanın inkişafı, regionda hegemonluğuna mane olmaq, imicinə zərər vermək, Azərbaycanı dünyada problemli ölkə kimi göstərmək üçün cəbhədə təxribatlara əl atırlar.

Azərbaycan – Türkiyə, Azərbaycan – Rusiya dostluq münasibətlərinin Ermənistanın planlarına uyğun olmadığını bildirən Vahid Mustafayev son vəziyyəti elə bilavasitə bununla əlaqələndirib. “Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartından istifadə edir” – deyən V.Mustafayev bu gün İrəvanda mitinqlərin olduğunu, Ermənistan tərəfinin bütün səylərinin əks effekt verəcəyini diqqətə çatdırıb.

Daha sonra Vahid Mustafayev Azərbaycanın müxtəlif regionlarından cəbhə bölgələrinə gənclərin axınını müşahidə etdiyini, onların hərbiyə yazılıb, əsgərlərə dəstək olmaq, əməliyyatlarda iştirak etmək istədiklərini, hətta  ana-bacıların əsgərlərə paltar, yemək gətirdiklərini bildirərək buna ehtiyac olmadığını diqqətə çatdırıb.

ANS-in xüsusi müxbiri Vahid Mustafayev cəbhə xəttindən son xəbərləri çatdırır

“Azərbaycanın tam nizamlı ordusu var. Ordumuzun hər bir sahədə hazırlığı yüksək səviyyədədir” – deyə V.Mustafayev bildirib.


Vahid Mustafayev cəbhə bölgəsindən xəbər verir (Goranboy, Tapqaraqoyunlu)

 ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindən xəbər verir

ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev də təmas xəttində baş verən ən son məlumatları çatdırıb. Azərbaycanın cavab tədbirlərindən sonra birtərəfli qəbul etdiyi atəşkəs haqqında danışan Mir Şahin Ağayev bildirib ki, Azərbaycan tərəfi  öz sözünün üstündə dayanır və yalnız qarşı tərəf atəşkəsi pozduğu halda müdaxilə edir. “Təəssüflər olsun ki, Ermənistan tərəfi atəşəkəsi mütəmadi olaraq pozur”- deyə jurnalist əlavə edib.


Mir Şahin Ağayev təmas xəttində baş verən ən son məlumatları çatdırdı

Azərbayacan hərbi qüvvələrinin ermənilərə məxsus daha bir tankı və  pilotsuz uçan aparatını vurduğunu söyləyən Mir Şahin Ağayev Azərbaycan tərəfinin döyüşlər gedən bölgələrdə ciddi mövqe üstünlüyünə malik olduğunu vurğulayıb.

Jurnalist sosial şəbkələrdə ermıənilərin Azərbaycanın bir sıra işğal olunmuş rayonlarını boşaltmağa başlamsı haqqında yayılan məlumatlara da aydınlıq gətirib: “Biz buradan ermənilərin hərəkətlərini görə bilmirik, lakin belə bir fakt var ki, Laçın dəhlizində tıxac yaşanır”.

Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.


Azərbaycan Ordusu Ermənistanın pilotsuz uçan aparatını (PUA) vurdu

ANS-in işğal olunmuş ərazilərdən verdiyi başqa xəbərlər:

Ermənilərin itkiləri ilə bağlı dəhşətli faktlar
Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir
Erməni hərbçilərin meyitləri səngərlərdə qalıb
Yüksəklik və yaşayış məntəqələri ermənilərdən azad olundu
Vahid Mustafayev erməni tanklarının vurulduğu yerdən son vəziyyət barədə xəbər verir
Azərbaycan daha 3 şəhid verdi
Ermənilərin 3 tankı və 30-a yaxın hərbçisi məhv edildi
Ermənilərin komanda-qərargah məntəqəsi darmadağın edildi

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev digər həmkarları Vahid Mustafayevi təbrik etdi

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev təmas xəttində baş verən ən son məlumatları çatdırır. ANS PRESS-in məlumatına görə, Mir Şahin Ağayev bildirib ki, onun hazırda dayandığı səngər bir zamanlar Azərbaycanın deyildi: “Dayandığım ərazi hazırda bizim nəzarətimiz altındadır. Ancaq bu vaxta qədər bu səngərdə ermənilər oturur, bu əraziyə onlar nəzarət edirdilər. Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyat nəticəsində bu saat da fəal döyüş hərəkətləri gedir. Ermənistan qoşunları itirdikləri əraziləri bərpa etmək istəyirlər. Və burada müəyyən məsələlər var ki, ermənilər bu barədə həyəcanlıdırlar. Bu həyəcan bizə də siraət edir. Lakin qarşı tərəf kimi yox, qalib tərəf kimi”.

Daha sonra xüsusi müxbir cəbhə jurnalistikası ilə məşğul olan bütün jurnalistləri təbrik edib: “Bu bütün hallarda bizim uğurumuzdur. Mən bu uğur münasibətilə cəbhə jurnalistikası ilə məşğul olan bütün həmkarlarımızı Vahid Mustafayev və öz adımdam təbrik edirəm. Ona görə ki, biz bu günləri çox gözləmişik. Düz 24 ildir ki, bu günləri gözləyirdik. Gözləyirdik ki, əraziləri ələ keçirək, döyüş mövqelərimizi bərkidək və işğal altında olan ərazilərimizi azad edək. Nəhayət həmin gün başlayıb və yəqin ki, davamı da olacaq”.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir